image-reklam-veteninfo
image-photo-2022-04-03-15-38-29backend

İnam doğruldan xalq sevgisi

image-reklam-veteninfo

Bir ölkə ancaq onu bacarıqlı ölkə başçısı idarə etdiyi zaman inkişaf edir, yüksəlir və nüfuz qazanır. Ölkə ədalətlə və bacarıqla idarə edilərsə hər sahədə böyük uğurlar qazana və özünü bütün dünyaya sübut edə bilər.
Azərbaycan tarixən mürəkkəb proseslərdən keçmiş, çox yaralar almış, amma hər şeyə rəğmən öz gücünü dünyaya sübut etmiş bir ölkədir. Bizim bu gün dünya dövlətləri tərəfindən tanınmağımız asan olmayıb. Bu yol çox uzundur və ancaq ağıllı, uzaqgörən liderlərin gedəcəyi bir yoldur. Bizi bu yolla aparan, xalqının sevgisi və inamıyla irəliləyən vətən oğlu Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyev 2003cü ildə ilk dəfə Prezident seçilərkən xalqın qarşısında “mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm” deyə söz verdi. Ötən illər və qazanılan uğurlar bu cümlələrin boşuna deyilmədiyinə sübut oldu. Biz bu gün hər cəhətdən inkişaf etmiş və hər gün daha da çox inkişaf edən bir ölkəyik. Bu uğurlar İlham Əliyevin uğurlu, uzaqgörən siyasətinin nəticəsidir.
İlham Əliyev hakimiyyətə gələndə qarşısında çox böyük vəzifələr dururdu. Ölkəni inkişaf etmək, xalqımızın Qarabağ kimi böyük dərdinə son vermək və nüfuzumuzu dünyaya yaymaq. İlham Əliyev bu vəzifələrin öhdəsindən çox bacarıqla gəldi. Bu gün biz qonşu olan və olmayan dövlətlərlə diplomatik əlaqələr saxlayır, hər gün əlaqələrimizi, dost münasibətimizi daha da inkişaf etdiririk. Azərbaycan BMT-ə üzv olan ölkələrdəndir. 2003-cü ilin sentyabrında hələ Azərbaycanın Baş Naziri olan İlham Əliyev BMT BA-ın 58-ci sessiyasında çıxış etmişdir. Artıq 2004-cü ildə BMT BA-ın 59-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti olaraq iştirak etmişdir. Atılan uğurlu addımların sayəsində 2004-cü ilin 23 noyabrında BA-ın 59-cu sessiyasının gündəliyinə 163 nömrəli bənd əlavə edilmişdir, hansı ki həmin bənd “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanırdı.

Azərbaycanın BMT ilə qurulan münasibətləri daimi və inkişafda olan
Azərbaycanın BMT ilə qurulan münasibətləri daimi və inkişafda olan münasibətdir. BMT-in inkişaf proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin və ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli agentliyin imkanlarından işğal altından xilas edilən torpaqlarımızın minalardan təmizlənməsində istifadə edilir.
Azərbaycan həmçinin NATO və digər bəzi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Qazandığımız uğurlar hərtərəflidir. Bunlara idman sahəsində qazandığımız bir-birindən böyük uğurları da misal olaraq göstərə bilərik. İdmançılarımız dünyanın bir çox ölkələrində bayrağımızı qürurla ucaltmış və birinciliyi qazanaraq himnimizi səsləndirmişdirlər. Həmçinin ölkəmiz bir çox idmanlara və fərqli ölkənin idmançılarına ev sahibliyi etmiş, onları ölkəmizə qonaq etmişdirlər.

Ölkəmizin ev sahibliyi etdiyi yarışlardan biri də 2015-ci ildə keçirilən olimpiya oyunlarıydı ki, həmin oyunlarda Azərbaycan ikinci yerə çıxmışdır. Avropa oyunları ölkəmizdə çox böyük coşğuyla qarşılanmış, bütün qonaqlara çox gözəl münasibət bəslənmiş, ev sahibliyi göstərilmişdir.
Ev sahibliyi etdiyimiz oyunlardan biri də İslam oyunları idi ki, bu oyunlarda ölkəmiz İslam ölkələri arasında birinci yerə sahib olmuşdur.

İdman sahəsində qazandığımız uğurlar günü gündən artır və bu inkişaf daimidir. Bunun səbəbi isə ölkə başçısının idman sahəsinə verdiyi önəm və ayırdığı diqqətdir.
İlham Əliyevin xalqına, ölkəsinə olan sevgisini Qarabağ uğrunda atdığı addımlar bütün dünyaya sübut etdi. 30 il müddətində öz doğma yurdumuzu işğaldan azad etmək üçün sülh yolunu təklif etmiş olsaq da düşmən sülh təklifini qəbul etməmişdir. 30 illik səbrin daşması isə 27 sentyabr 2020-ci ildə baş vermişdir. Cənab Ali Baş Komandan İlham Əliyev müharibə zamanı hər gün xalqa səslənmiş, onların yanında olmuş və qələbəyə ruhlandırmışdır. Cəbhədən gələn xoş xəbərləri xalqa məhz özü böyük sevinc və coşğuyla bildirmişdir. İşğaldan azad edilmiş ərazilərə səfərlər etmiş və abadlaşdırma işləri üçün göstərişlər vermişdir. Artıq qarabağda abadlıq və yenidən qurma işləri başlamışdır. Vətən müharibəsində öz mövqeyimizi və gücümüzü, nələrə qadir olduğumuzu bütün dünyaya sübut etmiş olduq. Müharibə bitdikdən sonra da İlham Əliyev və ailəsi Vətən uğrunda döyüşmüş, canından keçmiş Şəhid və qaziləri, onların ailələrini unutmamış, onlara daima dəstək olmuşdurlar.

Bu gün İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailəsi Azərbaycanın inkişafı, rifahı üçün çalışır bu sahədə böyük addımlar atırlar. Bu gün Qarabağın keşiyində öz ordumuz durursa bu bizim necə böyük gücə malik olmağımızın sübutudur. Xalq İlham Əliyevə, onun uzaqgörənliyinə, bacarığına inanaraq onu dövlət başçısı seçdi. Bu gün Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Ölkəmizdə yerli xalqlarla yanaşı başqa ölkələrin vətəndaşları da yaşayır və onlar yerli xalqlarla bərabər hüquqlara malikdirlər. Biz həm də tolerantlı bir ölkəyik. Ölkəmizdə fərqli dinlərə sitayiş edən insanlar, topluluqlar bir biri ilə dostluq münasibəti quraraq yaşayırlar. Bu bizim hər cəhətdən inkişaf etmiş, müasir bir ölkə olduğumuzun göstəricisidir ki, təbii ki burda ən böyük rol ölkə başçısınındır. Bu gün tarix kitablarında ondan və qəhrəmanlığından, uzaqgörən siyasətindən yazılır, sabah da tarix kitablarında ondan yazılacaq.

Xalq İlham Əliyevi sevir, onu dəstəkləyir. O, əsl vətən oğludur. Bu daima belə olacaq…

Elnarə Məmmədova
Nəsimi rayon sakini, sahibkar




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki