image-ce79298a-4ee1-3e33-b491-ac05c31535c0_850backend

İndoneziya Zelenski-Putin görüşünü təşkil etmək istəyir

image-reklam_sirab_01

İndoneziya G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirməkdə maraqlıdır.

Bu barədə İndoneziyanın Moskvadakı səfiri Xose Tavares bildirib.

“İndoneziya Prezidenti Coko Vidodo tərəfindən Rusiya və Ukrayna prezidentlərinə dəvət çoxdan göndərilib. Əgər onlar Balidə keçiriləcək G20 sammitində iştirak etsələr, onda təbii ki, görüş təşkil etmək imkanı yaranacaq. İndoneziya belə bir görüşün keçirilməsinə kömək etməyə hazırdır. Əlbəttə, prezidentlər gəlsə, biz bunu istərdik”, – diplomat qeyd edib.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak daha əvvəl bildirib ki, əgər Putin orada olsa, Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak edə bilər. Onun sözlərinə görə, Ukrayna Prezidenti beynəlxalq sammitlərdə onlayn formatda işləməyə üstünlük verir, lakin bu görüş istisna ola bilər.

Dövlət başçılarının iştirakı ilə G20 sammiti noyabrın 15-16-da keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki