image-12f93741-69ce-39b1-9da5-93e7e0324c97_850backend

İndoneziyada yük maşını avtobus dayanacağına çırpılıb, 11 nəfər ölüb

image-reklam_sirab_01

İndoneziyanın Qərbi Yava əyalətinin Bekasi şəhərində baş verən yol-nəqliyyat qəzasında 11 nəfər ölüb, 19 nəfər yaralanıb.

bu barədə ölkə rəsmiləri məlumat yayıb.

Cakarta yol polisinin direktoru, baş komissar Lətif Usman bildirib ki, hadisə məktəbin yaxınlığındakı küçədə baş verib.

“Yük maşını dərsdən sonra şagirdlərin toplaşdığı avtobus dayanacağına, daha sonra yaxınlıqdakı baza qəbuledici stansiyasının dirəyinə çırpılıb. Dirək digər avtomobilin və iki motosikletin üzərinə aşıb”, – o deyib.

Cakarta Axtarış və Xilasetmə Departamentinin nümayəndəsinin sözlərinə görə, qurbanlar arasında çoxlu sayda uşaq var, zərərçəkənlərin hamısı yaxınlıqdakı iki xəstəxanaya çatdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki