image-reklam-veteninfo
image-photo-2022-04-08-21-54-46backend

İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq

image-reklam-veteninfo

Dünyanın yeni geosiyasi konfiqurasiya ərəfəsində olduğu hər keçən gün bir az daha qabarıq şəkildə görünməkdədir. Burada xüsusiylə Rusiyanın Ukraynanı işğal etmə təşəbbüsü bağlamında daha da ön plana çıxan güc amili, hərbi-siyasi paradiqmanın hökmranlığıyla birlikdə iqtisadi müharibələrin də şiddətlənməsini qeyd etməliyik. Beynəlxalq münasibətlərin hazırkı böhranlı vəziyyətində mürəkkəb məsələlərin həllində, mövqe mübarizələrində güc amili təsirini artırarkən burada da iki anlayış özünü büruzə verməkdədir. Ədalətə, beynəlxalq hüququn prinsiplərinə dayanaraq pozulmuş hüququnu, ərazi bütövlüyünü təmin etməyə çalışan, işğalı ortadan qaldırmaq istəyən iradə və yeni müstəmləkə proyektlərini icra etmək üçün hərbi yola baş vuran mərkəzlər.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, aparılan sosial islahatların əsas məqsədi vətəndaş rifahının və məmnunluğunun təminatıdır. Bu məqsədlə ge­niş miqyasda tədbirlər həyata keçirilir. Sosial islahatların ardıcıl xarakter alması sosial ödənişlərin mütəmadi artırılmasını təmin edir. 2022-ci ilin əvvəlindən ölkəmizdə yeni sosial islahatlar paketi kimi, əmək haqqı, pensiya və s. Sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün illik əlavə olaraq 2,1 milyard manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ötən həftə keçirilən kollegiya iclasında nazir Sahil Babayev vurğulayıb ki, vətəndaşlara xidmətlərin keyffiyyətinin artırılması üçün mühüm islahatlar reallaşdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, tam şəffaf və müasir, vətəndaş məmnunluğuna uyğun qurulmasına imkan verib. 2019-cu ilin may ayından etibarən DOST Agentli­yi və bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün rayonları və Ab­şeron rayonu DOST xidmətləri ilə əhatə olunub. Ötən il DOST mərkəzlərində 410 min vətəndaşa xidmət göstərilib.
Bu gün nazirlik 30-a yaxın beynəlxalq təşkilatla, 30-dan çox ölkə ilə fəal əməkdaşlıq həyata keçirir. Ötən il bir sıra ölkələrlə (Serbiya, SƏK və s.) müvafiq fəaliyyət sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb. ƏƏSMN-dən aldığımız məlumatda bildirilir ki, cari ildə də müxtəlif ölkələrin müvafiq qurumları ilə yeni əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, ƏƏSMN-də vətəndaşların qəbulu və müraciətlərinə baxılması, beynəlxalq əlaqələr, daxi­li nəzarət və audit, kadr məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, ictimaiyyətlə əlaqələr və s. Sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması istiqamətində təşviqata dair təkliflər daim müzakirə olunur və lazımı tədbirlər görülür. Eyni zamanda, xarici ölkələrlə nazirlik arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparı­lır, əlaqələr inkişaf etdirilir.
Ötən həftə, həmçinin ƏƏSMN–nin tabeliyindəki DOST Agentliyi LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb. Agentlik ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarə edilməsi), İSO 26000 (Sosial məsuliyyət) və İSO 37001:2016 (Kor­rupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.
Qeyd edək ki, ISO standartlarının tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin işini daha da yaxşılaşdır­mağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək. DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən Fərid Məmmədov agentlikdə indiyədək görülən işlər və gələcək layihələr barədə məlumat verərək deyib ki, Böyük Britaniyanın LRQA təşkilatının regional meneceri, Türkiyə və Şərqi Av­ropa təmsilçisi Burak Can qeyd edilən 4 istiqamət üzrə audit zamanı agentli­yin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmadığını və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görüldü­yünü bildiriblər. Beynəlxalq standartların tətbiqi başa çatdıqdan sonra bu stan­dartlara uyğunluğun qiymətləndirilməsi LRQA tərəfindən həyata keçirilib.
Xatırladaq ki, ƏƏSMN-də xarici ölkələrlə nazirlik arasında davamlı olaraq gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılır, əlaqələr inkişaf etdirilir. Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində Əmək və Əhalinin So­sial Müdafiəsi naziri Sahil Babayevlə Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri Əbdülrəhman Əl-Avarın görüşündə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə oldu­ğu vurğulanıb. Eyni zamanda, siyasi, iqtisadi və digər sahələrdə, həmçinin bərpa olunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi, ticarət dövriyyəsində artımın davam etdiyi qeyd olunub.
Ə.Əl-Avar iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu, əməkdaşlıq əlaqələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsində ma­raqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, islahatları barədə məlumat verib. BƏƏ–nin İcma İnkişafı üzrə naziri xanım Hessa bint Essa Buhumaid bildirib ki, ƏƏSMN ilə rəhbərlik etdiyi qurum arasında ikitərəfli əməkdaşlığın qurulması üçün geniş imkanlar mövcuddur. Xanım Hessa bint Essa Buhumaidin 2019-cu ilin iyun ayında Azərbaycana etdiyi səfəri məmnunluqla qeyd edən nazir S.Babayev ölkəmizdə sosial sahədə aparılan islahatlar, sosial təminat sis­teminin innovativ yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında təkmilləşdirilməsi işləri barədə məlumat verib. O, dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, operativ, şəffaf və vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verən DOST layihəsini, həmçinin nazirliyin e-infrastruktur üzərindən proaktiv xidmətlərin qurulması təcrübəsini qeyd edib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan innovativ yeniliklərdən, aktiv əmək bazarı proq­ramlarının genişləndirilməsi işlərindən də bəhs edib.
Öz növbəsində, H.Buhumaid ölkəsinin Azərbaycanla dostluq münasibətləri üzərində ikitərəfli əlaqələrinin daim inkişaf etdiyini və bundan məmnunluğunu vurğulayıb. Nazir xanım, həmçinin sosial sahədə də qarşılıqlı fayda verən uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdırılmasının gələcəkdə daha da inkişaf edəcəyinə, eyni zamanda, müsbət nəticələr alın­masında məqsədəuyğun ola biləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycanda, ümumilikdə, beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin və əməkdaşlıq istiqamətlərinin sayı getdikcə artır və xarici ölkələrlə əlaqələrin müsbət nəticələri məmnunluq yaradır.

Nəsimi rayon sakini Hüseynli Billurə

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki