image-reklam-veteninfo
image-752x395-ingilterede-hadim-tarikatina-sucustu-parasini-odeyene-1644227546519backend

İngiltərədə qəribə təriqətin üzvləri saxlanıldı

image-reklam-veteninfo

Veteninfo.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltətrənin paytaxtı Londonun şimalında yerləşən bir evdə “xədim təriqəti” olduğu ilə bağlı məlumat alan polis, sözügedən evə basqın həyata keçirib.  Şəhərin Finsberi Parkı ərazisindəki evə basqın edən polis inanılmaz mənzərə ilə qarşılaşıb. Məlum olub ki, “Nullo” adlı xədim təriqətinin üzvləri canlı yayımda kastrasiya prosesini həyata keçiriblər. 3 günlük araşdırma nəticəsində əldə edilən təfərrüatlar şoka salıb. Xədim təriqəti bu əməliyyatları  qurduqları internet saytı vasitəsilə canlı yayımlayıb. Ödənişli üzvlük sisteminə daxil olan tamaşaçılar “ödədiyiniz qədər baxın” anlayışı ilə əməliyyatın hər bir detalını görmək üçün pul ödəyib. Təriqətin lideri olan 44 yaşlı norveçli basqında saxlanılarkən,eyni zamanda hadisədə iştirak edən 6 nəfər, polis tərəfindən saxlanılıb.

Turqay Musayev




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki