image-1669201467_iqbal-11-2backend

İqbal Məmmədov: “Təxribatlar davam edərsə, “Dəmir yumruq” növbəti dəfə onların belini qıracaq””

image-reklam_sirab_01
“Qanunsuz erməni terrorçularının Şuşa və digər istiqamətlərdə atəşkəsi pozması bir daha onların heç bir razılaşmaya əməl etməməsinin sübutudur”.
Vətəninfo.az-ın xəbərinə görə, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, hazırda Azərbaycan ordusu ermənilərin törətdikləri bütün təxribatların cavabını verməkdədir:

“Ermənilərin törətdikləri hər bir təxribat onların necə barbar və vəhşi xislətə sahib olduqlarının sübutudur. 30 ildə olduğu kimi, bu gün də havadarlarının tapşırıqlarını icra edirlər. Çünki Ermənistanın sülh müqaviləsinin imzalayacağı tarix yaxındır. Onlar bu cür təxribatlarla sülh müqaviləsinin imzalanmasını və Zəngəzur dəhlizinin açılmasını gecikdirməyə çalışırlar. Amma nə Ermənistan tərəfi, nə də onun havadarları bu arzularını reallaşdıra bilməyəcəklər. Ermənistan tezliklə bizim şərtlərlə hazırlanan sülh müqaviləsini imzalamalı olacaq”.

Deputat qeyd edib ki, erməni terrorçularının bu təxribatları Ermənistanın ölkə kimi xəritədən silinməsinə xidmət edir:

“Ermənistanın 44 günlük Vətən müharibəsindəki və ondan sonrakı dövrdə Azərbaycan Müzəffər Ordusunun əldə etdiyi möhtəşəm qələbələri, özlərinin isə biabırçı məğlubiyyətlərini unutmaması onlar üçün daha yaxşı olar. Vətən müharibəsində onların başını əzən “Dəmir yumruq” yerindədir. Bu təxribatlar davam edərsə, “Dəmir yumruq” növbəti dəfə onların belini qıracaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki