image-01backend

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

image-reklam_sirab_01

Dünyada davam edən qlobal maliyyə böhranının Azərbaycana təsiri qaçılmaz idi, lakin buna baxmayaraq ölkəmizdə mühüm sosial-iqtisadi islahatların və bu islahatların dayanıqlı edilməsi üçün paralel olaraq həyata keçirilən hüquqi islahatlar nəticəsində iqtisadi böhranın təsiri minimum səviyiyə endirilmişdir. Ölkəmizin davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır.
Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini həmdə coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da bir başa və dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur.
Azərbaycanda Prezident İlham Əliyevin “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli Fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılmışdır. İyul ayının 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində ölkə başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibədə iqtisadi zonanın yaradılması ideyası, səbəbləri və ölkə iqtisadiyyatına verəcəyi müsbət nəticələrə toxunaraq “Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir” deyə bildirmişdir.
Ümumi sahəsi 850 hektar olan iqtisadi zonanın Ələt qəsəbəsində yaradılmasının bir sıra səbəbləri vardır. Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Həmçinin Ələt qəsəbəsi həm beynəlxalq avtomobil və dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Buda imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimidə inkişaf etsin.
Prezident İlham Əliyevin rəbərliyi ilə həyata keçirilən islahatlar onu fikirləşməyə əsas verir ki, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatı neft sektorundan asılılığı mimimum dərəcədə olan dövlətlər sırasında olacaqdır. davamlı surətdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qısa müddət ərzində neft sənayesindən asılılıq minimuma enəcəkdir. Hal – hazırda Azərbaycan bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir.
Ölkə prezidentinin qeyd etdiyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin dəyişməsinin heç bir əhəmiyyəti olmayacaq.

Aysel Mənsimova – YAP üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki