image-4f54c739-815a-3a03-8a2e-8fe5fecc5567_850backend

İran Aİ və Rusiya ilə nüvə proqramı ilə bağlı danışıqlar aparıb

image-reklam_sirab_01

Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqların yeni raundu başlayır.

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora İranın nüvə danışıqlarına başçılıq edən heyətin rəhbəri Əli Baqeri Kani ilə görüşüb.

Görüşdə hər iki tərəf İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında son hadisələri müzakirə ediblər.

Əli Baqeri Kaninin Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovla da görüşü baş tutub.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. ABŞ administrasiyasının hazırkı rəhbəri Cozef Bayden isə dəfələrlə ölkəsinin BHFP-yə qayıtmağa hazır olduğuna dair mesajlar verib.

Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də ABŞ BHFP-ni keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki