image-9a7c4199-9b1c-319b-8a54-31d9a9c57c3c_850backend

İran öz neftini dünya bazarlarına çıxara bilər

image-reklam_sirab_01

İranın nüvə sazişinə qaytarılması ölkəyə öz neftini dünya bazarlarına çıxarmağa və sanksiyalar məsələsində yumşalmağa imkan verəcək.

Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“İran istəsə, o zaman nefti yenidən dünya bazarlarına çıxacaq və sanksiyaların bir hissəsi qaldırılacaq. Lakin indiyədək İranın bu yola əl atdığını görməmişik”, – Nuland bildirib.

Amerikalı xanım diplomat vurğulayıb ki, İran nüvə sazişinə qayıtmaqdan imtina edərsə, Vaşinqton ölkəyə təzyiqlərini artırmağa məcbur olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki