image-d7e293f9-b3e7-4f68-b007-19988b909795backend

“İrana səfər etmək təhlükəlidir!”- “Qondarma ittihamla həbs edə bilərlər”

image-reklam_sirab_01

“İran-Azərbaycan münasibətlərinin hazırki gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var”.

Vətəninfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər”, – ekspert əlavə edib.

Politoloq İran Xarici İşlər Nazirliyinə çağrılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim etdiyini xatırladır: “Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki