image-f91a35c7-1d9e-3a17-b211-b63013225a8e_850backend

İranda aksiyaçı qadın təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülüb

image-reklam_sirab_01

İranda hicab qaydasını pozduğuna görə saxlanılan Məhsa Əmininin şübhəli ölümündən sonra başlayan etiraz aksiyalarında daha bir qadın – 20 yaşlı Hadis Nəcəfi təhlükəsizlik qüvvələri əməkdaşlarının açdığı atəş nəticəsində həlak olub.

Bu barədə jurnalist və qadın hüquqları müdafiəçisi Məsih Əlinejad sosial media hesabında bildirib.

O, vurğulayıb ki, Nəcəf qarın, boyun, ürək nahiyələrindən və əlindən yaralanıb. Yaralı aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadis Nəcəfi əslən Cənubi Azərbaycandan olub.

Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən öldürülüb. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə 41 nəfər öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki