image-mesbackend

İranın Azərbaycana qarşı məscid təxribatı – Molla rejiminin niyyəti nədir? 

image-reklam_sirab_01

İran Azərbaycana qarşı bütün istiqamətlərdə təxribat kampaniyası aparır.
Vətəninfo.az 
xəbər verir ki, İran rejiminin növbəti təxribatı Azərbaycanda məscidlərlə bağlıdır.
Rejimə yaxın media Azərbaycanda Şah Sultan Hüseyn məscidinin dağıdıldığını, zibilxanaya çevrildiyi üzərindən kampaniyaya başlayıb.Kampaniyada əsas xətt bu məscidin İrana məxsus olduğunun həyasızcasına iddia edilməsidir.
“İlham Əliyev hakimiyyətinin İranın tarixi məscidindən qisası” başlığı ilə yayılan xəbərlərdə məscidin irana məxsus olduğu və Azərbaycan hakimiyyəti tərəfindən dağıdıldığı iddia olunur.
İran rejiminin məqsədi aydındır:
Birincisi, Azərbaycanda İslam irsinin “məhv edildiyi” görüntüsü yaratmaq istəyir;
İkincisi, bu, uzun illlərdir aparılan “Azərbaycan hakimiyyəti şiələrə qarşı” iddialarında “arqument” kimi istifadə edilir;
Üçüncüsü, Azərbaycanın İrana qarşı işğal dövründə məscidlərdə donuz saxlayan Ermənistana dəstəyi haqda haqlı iradına bu yolla “cavab” verirlər;
Və ən nəhayət, İran Azərbaycana məxsus məscidi “İranın tarixi məscidi” kimi təqdim etməklə bizim ərazilərə iddiasını ortaya qoyur.

İddianın absurd olduğunun tarixi isbatları var. Məscid Səfəvi hökmdarlarından Şah Sultan Hüseyn tərəfindən inşa edilib və onun adını daşıyır. Səfəvilərin Azərbaycan dövləti olduğu və bugünkü İran ərazisinin də bu dövlətin tərkibinə daxil edildiyi bütün tarixi mənbələrdə təsdiq olunur. Ümumiyyətlə XX əsrin əvvəllərinə qədər İranın hazırda yerləşdiyi ərazilərdəki dövlətlərin hamısı türk dövləti olub. İran “dövlət” kimi mövcudluğunu isbat etmək üçün Səfəvilərin irsinə də iddia edir. Hərçənd, tarix dəyişməz olaraq qalmaqdadır.
İranın Azərbaycanda İslam irsinin “məhv edildiyi” iddiaları da absurd və çürük tezisdir.
Tolerantlığı ilə bütün dünyaya nümunə olan Azərbaycan, İslam irsinin qorunmasında da mühüm rol oynayan ölkələrdəndir, hətta özünü İslam respublikası adlandıran İrandan daha çox iş görür.

– SSRİ dövründə Azərbaycanda 17 məscid var idi, müstəqillik dövründə bu məscidlərin sayı 2246-ya çatdırılıb;
– 1993-2003-cü illərdə ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub;
– 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksi dövlət vəsaiti hesabına əsaslı şəkildə yenidən qurulub;
– 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidənqurma işləri aparılıb;
– Ümumilikdə 1993-cü ildən indiyə qədər dövlətin məscidlərin inşasına və bərpasına xüsusi diqqəti olub.
– Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidinin ən yüksək səviyyədə bərpa edilməsi belə nümunələrdən biridir;
– Dövlət başçısının sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində, həmçinin, Gəncə şəhər İmamzadə əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb;
– Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsindəki Cümə məscidi, Mərdəkan qəsəbəsində Pirhəsən ziyarətgahı, Binə qəsəbəsində Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub;

İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk iş də məhz məscidlərin təmizlənməsi, bərpası və ibadətə açılmasıdır.
İran İslam irsinin qorunmasına bu qədər önəm verirdisə, işğal dövründə bu torpaqlardakı Allah evlərinin təhqir olunmasına niyə göz yumurdu?!
Bütün bunlar yaxın tarixdə baş verənlərdir və tarix isbat etdi ki, İran rejimi İslamın yox, öz siyasi maraqlarının müdafiəçisidir və bu məqsədlə Allah evlərinin təhqir edilməsinə də göz yumurlar, lazım olanda islamı təhqir edən ölkənin maraqlarını da müdafiə edirlər.
İran son 30 ildə İrəvanda “Göy məscidi” bərpa etməsi ilə yadda qalıb, onu da “İran məscidi” olaraq təqdim edirlər. Bu da, molla rejiminin məqsədinin İslam irsinin qorunması yox, fürsətdən istifadə edərək, Azərbaycanın tarixi torpaqlarındakı tarixi irsini mənimsəmək olduğunu göstərir.
Şah Sultan Hüseyn məscidinə gəlincə, ibadət evinin dövlət tərəfindən bərpa edilməsi istiqamətində işlər həyata keçirilir. Molla rejiminin bu iddiaları absurd olduğu kimi, ibadət evini “İran məscidi” kimi təqdim etməsi də tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil.Publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki