image-999999backend

İranlı deputatlardan Azərbaycana hədə: “İlhaq edərik”

image-reklam_sirab_01

Son zamanlar İranla Azərbaycan arasında münasibətlərdə gərginləşmə müşahidə edilir. 44 günlük müharibədən sonra yaranmış problemlərin aradan qaldırılması üçün Bakının Tehrana etdiyi müraciətlərin isə demək olar ki, əksi nümayiş etdirilir. İran hər vəchlə Ermənistana dəstək olmaqla yanaşı, Azərbaycanda da bir sıra təxribatlara imza atmağa çalışır.

DTX-nın həyata keçirdiyi son iki əməliyyat da təsdiq edir ki, İran Azərbaycanda hər vəchlə təxribat törətməkdə maraqlıdır və bunun üçün xüsusi dəstələr hazırlayaraq, ölkəmizə belə göndərib. Hərçənd bu yeni xəbər deyil. Çünki molla rejimi əlinə düşən ilk fürsətdə Azərbaycan dövlətini məhv etməyi qarşısında hədəf qoyub. Amma hər dəfəsində də Azərbaycan onların arzularını ürəklərində qoymaqda davam edir.

Molla rejimini son günlər narahat edən əsas məsələ isə Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqəddə Güney Azərbaycanla bağlı verdiyi açıqlamadır. Tehran hökuməti bu açıqlamadan o qədər rəncidə olub ki, bütün deputatları vədövlət rəsmilərini qabağa verərək, Azərbaycan əleyhinə danışdırmağa başlayıb.

Bildirək ki, İran parlamentində təmsil olunan deputatlardan bir neçəsi dünən Azərbaycan əleyhinə çıxış etməklə yanaşı, həm də hədələməkdən də çəkinməyiblər. Onlardan biri Xudbəndə şəhərindən deputat seçilmiş Elburz Hüseyni çıxışında deyib ki, Azərbaycanın son açıqlamaları yaxşı hal deyil. “Azərbaycan Preidenti türk dövlətləri ilə bağlı açıqlama verib. Ona məsələhtim budur ki, Gülüstan müqaviləsini oxusun. Orada kimin kimdən ayrıldığı aydın şəkildə göstərilib. Qonşu ölkələrin ərazi bütövlüyü iləbağlı belə açıqlamaları Azərbaycan Prezidentinə yaraşdırmıram”.

İran parlamentinin spiker yardımçısı Əli Nikzad isə İranı “baba”, Azərbaycanı isə “nəvə” olaraq təqdim edib. “Nəvə babasını inkar edə bilməz. Bu səbəbdən də Azərbaycanın açıqlamaları əsassızdır”.

Nikzad və Hüseynidən fərqli olaraq, digər deputat həmkarları Rza Mirtaccədini isə Azərbaycanı hədələməkdən çəkinməyib. O iddia edib ki, Şimali Azərbaycan 200 il əvvəl İrandan qoparılaraq, ruslara verilib. “Gülüstan və Türkmənçay müqaviləsinə əsasən bakı, İrəvan, Qarabağ və da 14 əyalət İrandan alınıb. Azərbaycan ümumiyyətlə İrandan ayrılıb. Bbu cür açıqlamalarla qonşuluğumuzda problem yarada bilməzsiz. Əgər ilhaqdırsa, o zaman Naxçıvan İrana ilhaq edilməlidir”.

Mirtacəddini daha sonra deyib ki, Azərbaycanın bu açıqlamasına Təbrizin “Ləşkəri Aşura” hərbi birləməsi təkbaşına cavab verə bilər. “Əgər Azərbaycan İranın ərazilərini ilhaq etmək fikrinə düşərsə, onun öhdəsindən tək Təbrizin “Ləşkəri Aşura” ordusu gələcək və qarşılarında da onları görəcəklər”.

Şazənd şəhərindən olan deputat isə həddini aşıb. Əhmədi Bağeş adlı deputat deyib ki, Azərbaycanın açıqlamaları İranın bütövlüyünə müdaxilədir. “Osmanlı İmperatorluğu və Böyük Anadolu arularınızı birlikdə torpağa göməcəyik. Yanlış yanaşmalarınız və ilhaq etmə cəhdləriniz, bizi keçmiş çoğrafiyamızı ihlaq etməyə daha da həvəsləndirəcək”.

P.S. İranlı deputatların belə açıqlamalar vermələri qeyri-adi məsələ deyil. Güney Azərbaycan məsələsi həmişə onların qorxulu yuxuları olub. Bu dəfə isə həmin yuxuları gerçəyə çevrilmək üzrədir. Bakının uzun zaman Təbriz məsələsinə susqun qalması isə bölgədə sülh naminə olub. Lakin molla rejimi nə sülhdən anlar, nə də qonşuluq qanar. Ona görə də, davamlı olaraq Azərbaycana təxribat qrupları göndərməklə, burada təxribatlara cəhd edir və edib. Bu gün iranlı deputatların danışması, hədələməsi də boş və mənasız şeydir. Mirtacəddininin güvəndiyi “Ləşkəri Aşura” Azərbaycan ərazisinə bir addım da qədəm qoymaz. Çünki onlar Güneylidirlər vəöz soydaşlarına güllə atmazlar. Üstəlik, sözügedən kəs hansı ordudan danışır? İraqla müharibədə boşuna qırdırdığı, yüzlərlə igir güneylini ölümə tərk etdiyi “Ləşkəri Aşura”nı? O ordu ki, başında duran Təbrizli balası Baqeri aldığı onca yaralara, etdiyi onca fədakarlıqlara rəğmən, heç bir hörmətə layiq görülmədi? Bəlkə, Mirtacəddini iki-üç sınıq-salxaq tanklarına, Ukraynada sərçə kimi ovlanan PUA-larına, hədəfə dəyib-dəyməyəcəyi naməlum olan “Şahab”larına güvənir? Heç nəyə güvənməsinlər. Zamanı çatanda Güneydəki oğlanlar onun da, onun ağa babalarının da, mollaların da hesabını verəcəklər. Bunu özləri də yaxşı anlayırlar.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki