image-ea5af8f7-080c-374f-93fb-5f04a8fa869a_850backend

İrəvan metrosunda bomba həyəcanı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

image-reklam_sirab_01

Son günlər Ermənistanın paytaxtı İrəvanın metro stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi barədə yalan həyəcan siqnalları ilə əlaqədar polis bütün stansiyalarda gücləndirilmiş növbətçilik həyata keçirir.

polis əməkdaşları ilə yanaşı, ölkənin milli təhlükəsizlik orqanlarının əməkdaşları da metro stansiyalarında qabaqlayıcı tədbirlər görür.

Qeyd edilir ki, xüsusilə son vaxtlar metro stansiyalarına partlayıcı qurğuların qoyulması ilə bağlı yanlış həyəcan siqnallarından sonra bu cür tədbirlər zəruri hesab edilir.

“Milli təhlükəsizlik orqanları mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, bu tədbirlər çərçivəsində İrəvan metrosunda üç dildə elan verilməsi nəzərdə tutulur”, – metropolitenin mətbuat katibi Tatev Xaçatryan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki