image-f436c08f-ff95-3ad8-a038-3560b8217855_850backend

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

image-reklam_sirab_01

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə yerli mətbuata istinadən xəbər verilir.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.
Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.

Hadisə pirotexnik məhsulların mağazasında baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki