image-reklam-veteninfo
image-photo-2022-03-18-12-52-12backend

İşıqlarımız gür yansın!

image-reklam-veteninfo

Ulularımız, ağbirçəklərimiz elimizə-obamıza dua edəndə “İşıqlarınız gür yansın” deyərlər, “yurd-yuvanız çıraqban olsun” deyərdilər.

Qorqud dədəmiz də el-obanın şad günündə gələr, söz söyləyər, boy boylayar, alqış deyərdi, “ocaqlarınız gür yansın” deyərdi.

30 ilə yaxın dövrdə ışığı zəifləyən, nuru qelbimizi isitməyən, ziyasi ruhumuzu aydınlatmayan işıqlarımız parladı 44 günlük Müharibəmiz Zəfərlə bitəndən sonra qəlbimizdə sönmüş ümidimizin çırağı yandı.

Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin səyi nəticəsində az bir müddətdə ağlasığmaz tikinti-quruculuq işləri görüldü. İşğaldan azad edilmiş torpaqlarda öz işığımız yandı.

Mart ayının 15-də Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışından misal gətirmək istəyirəm:

“Azərbaycanda sənaye və iqtisadiyyat durmadan inkişaf edir”.

“Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurğuları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min km2-dan çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir”.

Bəli, məhz bu dayanıqlı inkişafın nəticəsində ölkəmizin gəlirləri artır, bu gəlirlər sayəsində ölkə başçımızın sosialyönümlü layihələrə ayırdığı vəsaitin həcmi də artır, vətəndaşlarımızın həyat şəraiti, maddi rifah halı daha da yaxşılaşır.

Möhtərəm Cənab Prezident İ.Əliyevin mart ayının 15-də Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışından bir neçə misal gətirmək istəyirəm:

“Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir”. (İ.Əliyev)

Xalqını, millətini, dövlətini və dövlətçiliyini sevən təcrübəli təhsil işçisi kimi ölkəmizin hər uğuruna ürəkdən sevinir, qürurlanıram, öz fəaliyyətimdə də bu uğurları sevə-sevə təbliğ edirəm ki, “İşıqlarımız həmişə gür yansın!”.

 

Hüseyinova Rəfiqə

Nəsimi rayonu 54 saylı məktəb




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki