image-9b774e7a-38a7-3e16-8eac-4e9cfef9dc14_850backend

İspaniya parlamenti qaza qənaət planını təsdiqləyib

image-reklam_sirab_01

İspaniya parlamenti qaza qənaətlə bağlı hökumətin hazırladığı planı dəstəkləyib.

bu barədə EFE məlumat yayıb.

Plan Avropa İttifaqının tövsiyələri əsasında qaz istehlakının azaldılmasını nəzərdə tutur ki, ölkə gələn qışda bu enerji resursunun qıtlığı ilə üzləşməsin.

Özəl şirkətlərə və dövlət qurumlarına yayda binaları 27 dərəcədən aşağı soyutmamaq tövsiyə olunur. Qışda binaları maksimum 19 dərəcə qızdırmalıdırlar. Həmçinin gecə saat 22:00-dan etibarən vitrinlərin və boş binaların işıqlandırılmasını söndürmək lazımdır.

Güman edilir ki, bu cür tədbirlər İspaniyaya qaz istehlakını 7% azaltmağa imkan verəcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki