image-f993a795-1f06-3a22-8f4c-c7d1a247b4ee_850backend

İspaniya Ukraynaya tank verməməsinin səbəbini açıqlayıb

image-reklam_sirab_01

İspaniya hökuməti Saraqosa şəhərindəki hərbi bazada saxlanılan “Leopard” seriyalı tankları Ukraynaya verməyəcək.

“Veteninfo” xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles “El Mundo” qəzetinin jurnalistləri ilə söhbəti zamanı bildirib.

“Uzun illər Saraqosada istifadə edilməyən “Leopard”ları göndərə bilmərik. Sadəcə ona görə ki, onlar tamamilə acınacaqlı vəziyyətdədirlər”, – nazir deyib.

Bundan əlavə, o vurğulayıb ki, İspaniya dinc əhali arasında itkilərin artmasına səbəb ola biləcəyindən bu tankları Ukraynaya vermir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki