image-7ee104e1-933e-3d37-a4d9-15e8865c31cb_850backend

İspaniya və Portuqaliya qaz istehlakını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

image-reklam_sirab_01

İspaniya və Portuqaliya qaz istehlakını 7% azaltmaq barədə razılığa gəliblər.

Bu barədə İspaniyanın “LaSexta” telekanalı məlumat yayıb.

“Aralıq dənizi hövzəsinin bir sıra ölkələri Aİ-nin qaz istehlakını 15% azaltmaq məqsədi ilə qarşıya qoyduğu məqsədlə bağlı təmkin nümayiş etdiriblər. Portuqaliya və İspaniya hesab edib ki, bütün ölkələrə eyni ölçü ilə yanaşmaq lazım deyil və nəticədə razılaşmalar nəticəsində İspaniya və Portuqaliyanın qaz istehlakını 7% azaltması barədə razılıq əldə olunub”, – telekanal bildirib.

Qeyd olunub ki, istisnalar Malta və İrlandiyaya da şamil olunacaq. Eyni zamanda, elektrik şəbəkələri Aİ-nin digər ölkələri ilə əlaqəli olmayan İttifaqın digər ölkələrinə, o cümlədən Baltikyanı ölkələrə, eləcə də elektrik enerjisi istehsalının qazdan çox asılı olduğu ölkələrə də güzəşt tətbiq olunacaq.

Daha əvvəl Aİ Şurasının bir sıra istisnalarla qaza 15% qənaət etməklə bağlı razılığa gəldiyi məlum olmuşdu. Aİ Şurası bildirib ki, Aİ dövlətləri tərəfindən çərşənbə axşamı siyasi olaraq razılaşdırılmış qaza tələbatın 15% azaldılmasına dair qanunvericilik mətni texniki dəqiqləşdirmələrdən sonra yaxın günlərdə yazılı qaydada rəsmi şəkildə qəbul ediləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki