image-659d9b49-af3a-3926-9ab0-5b82b755a97d_850backend

İsrailin Baş naziri Netanyahunu görüşə dəvət edib

image-reklam_sirab_01

Cümə günü (2 iyul – Red) vəzifəsinin icrasına başlayan İsrailin Baş naziri Yair Lapid müxalifət lideri, “Likud” partiyasının rəhbəri Benyamin Netanyahu ilə görüşmək niyyətindədir.

Bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Yair Lapid müxalifət lideri Benyamin Netanyahunu hərbi katib general-mayor Avi Gillə birlikdə gündəmdəki dövlət işləri barədə məlumatlandırmaq üçün görüşə dəvət edib”, – deyə məlumatda bildirilir.

Baş nazirin mətbuat xidməti əlavə edib ki, bununla bağlı artıq müxalifət liderinin ofisinə müvafiq məktub göndərilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki