Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) İstanbul hava limanını Avropanın ən işlək hava limanı seçib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir bildirib ki, Eurocontrol tərəfindən 2023-cü ilin 43-cü həftəsi üzrə aparılan hesablamalara görə, İstanbul hava limanı gündəlik 1378 səfərlə Avropanın ən çox təyyarə qəbul edən hava limanı olub.