image-d97bd422-6568-47f7-aa3b-7a87cc0a7c98backend

İstanbul sənətkarlıq və dizayn sərgisi

image-reklam_sirab_01

Sənətkarlıq nümunələri insanların və ölkələrin adət-ənənələrinə, inanclarına, mədəni strukturlarına, zövqlərinə, tarixi, sosial və iqtisadi şəraitlərinə uyğun dəyişiklikləri göstərən əşyalardır. Bu xüsusiyyətlərinə görə tarix boyu müxtəlif cəmiyyət və xalqlarda müxtəlif sənətkarlıqlar yaranmış və inkişaf etmişdir. Bu gün dünya muzeylərində nümayiş etdirilən bir çox əsərlər keçmişdən günümüzə daşınan və əl işi ilə hazırlanan çox qiymətli nümunələrdir.

Sənətkarlıq nümunələrin materialları, formaları, motivləri, naxışları, rəngləri və texniki məlumatları hər bir cəmiyyətdə “nou-hau” kimi nəsildən-nəslə ötürülür. Zaman keçdikcə ehtiyac və şəraitə görə dəyişsə və bəzən özünün əsas xüsusiyyətlərini qoruyub saxlamasa da hər bir ölkənin sənətkarlığının özünəməxsus tanınması vardır.

Sənətkarlıq turizm gəlirini təşkil edən ən mühüm xidmətlərdən biri olaraq cəmiyyətlərin tarixini, sosial-iqtisadi quruluşunu, ehtiyaclarını və mədəniyyətini nümayiş etdirməklə yanaşı həm də təbliğat vasitəsi kimi mühüm funksiyaya malikdir.

Bu çərçivədə dünya ölkələrinin ənənəvi və müasir sənətkarlığını tanıtmaq, istehsalçılara yeni biznes kanalları qazandırmaq, istehlakçılara düzgün və keyfiyyətli hədiyyəlik əşya təqdim etmək məqsədi ilə İstanbul Sənətkarlıq və Dizayn Sərgisi təşkil edilmişdir.

Bu il 3-cü Sənətkarlıq və Dizayn Sərgisi 05-09 oktyabr 2022-ci il tarixlərində İstanbulda keçiriləcək. Sərgi haqqında ətraflı məlumat almaq üçün http://www.craftfairistanbul.com saytından məlumat əldə edə bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki