image-8137a24b-10ce-3e54-8b77-4a4e0510a06d_850backend

İsveçin Baş naziri: “Terrorçu PKK-nın bayrağının dalğalanması hökumətin xeyrinə deyil”

image-reklam_sirab_01

“Terrorçu PKK-nın bayrağının dalğalanması hökumətin xeyrinə deyil”.

Bunu İsveçin Baş naziri Maqdalena Anderson deyib.

Baş nazir 11 sentyabrda keçiriləcək ümumi seçkilərdən sonra terror təşkilatı PKK-nın bayrağını dalğalandıran Sol Partiya ilə müttəfiqliyi planlaşdırmadıqlarını bildirib.

Maqdalena Anderson SVT dövlət televiziyasına verdiyi açıqlamada seçkidən sonra qurulacaq hökumətə toxunaraq Sol Partiya ilə əməkdaşlıq etməyəcəklərini vurğulayıb.

“Terror təşkilatı kimi tanınan PKK-nın bayraqlarını dalğalandıran Sol Partiya ilə ortaq olmağı planlaşdırmırıq. PKK bayrağının dalğalanması hökumətin xeyrinə deyil”, – deyib.

Qeyd edək ki, Sol Partiyanın deputatları Daniel Riazat, Momodou Malkom Callou və Lorena Delqado Varas iyulun 7-də Visbi şəhərində terror təşkilatı YPG/PKK-nı simvolizə edən bayraqlarla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar.

Maqdalena Anderson terror təşkilatını simvolizə edən bayraqlarla poz verən Sol Partiya deputatlarını qınayıb.

İsveçin rəsmi xəbər agentliyi TT-yə danışan Anderson, “PKK təkcə İsveçin deyil, Avropa Birliyi ölkələrinin də terror təşkilatı siyahısındadır. Bu bayraqla poz vermək son dərəcə yersizdir”, – deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki