image-1b96fe0f-2a11-326c-aa91-220e6c2070e3_850backend

İsveçin Baş naziri: “Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”

image-reklam_sirab_01

“Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”.

Bunu İsveçin Baş naziri Maqdalena Andersson SVD qəzetinə açıqlamasında bildirib.

Baş nazir vurğulayıb ki, Türkiyənin daha əvvəl də ekstradisiya tələbləri vardı. “Əlbəttə ki, razılaşmada nə varsa, ediləcək. Türkiyə daha əvvəl ekstradisiya tələbləri etmişdi, biz də bununla məşğul olmuşuq. Bəzən deportasiya etmişik, çox vaxt da olmayıb. Anlaşmanın yüz faiz arxasındayıq”, – Baş nazir qeyd edib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçlə imzalanan anlaşma memorandumu başlanğıcdır, dəvətdir. Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini yerinə yetirməlidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki