image-081ebcda-2cc7-36dd-8afe-7632947000f9_850backend

İtaliya sahillərində rusiyalı milyarderin yaxtası batıb

image-reklam_sirab_01

İtaliyanın Katanzaro şəhəri yaxınlığında İon dənizində 40 metrlik yaxta batıb.

bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.

Söhbət “Kuzbassrazrezugol” holdinqin ortaq sahibi və “Krutrade” şirkətinin direktorlar şurasının sədri Gennadi Ayvazyana məxsus olduğu iddia edilən “May Saga” yaxtasından gedir.

Hadisə bir neçə gün əvvəl sahildən doqquz dəniz mili aralıda baş verib: yaxta Puglia bölgəsindəki Gelipoli limanını tərk edərək Siciliyanın şimal-şərq sahilindəki Milazzoya gedib.

Xidmətin məlumatına görə, yaxtanın dağıldığı yerdə xilasetmə əməliyyatı həyata keçirilib, 4 sərnişin və 5 ekipaj üzvü xilas edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki