image-6b9839b9-6401-3c72-983c-b71b788ff8dd_850backend

İtaliyada siyasi qalmaqal: XİN başçısı Ukraynaya görə partiyasını tərk edib

image-reklam_sirab_01

İtaliyanın xarici işlər naziri Luici Di Mayo “5 Ulduz Hərəkatı” partiyasından istefa verdiyini açıqlayıb. Diplomat siyasi qüvvəni Ukraynaya dəstəyi sarsıtmaqda ittiham edib.

Bu barədə “Report” “Ansa”ya istinadən xəbər verir.

“Mən 5 Ulduz Hərəkatını tərk edirəm”, – diplomat deyib.

Onun sözlərinə görə, sabah (bu gün-red) partiya artıq parlamentdə birinci qüvvə olmayacaq. Eyni zamanda o, Mario Draqi hökumətini dəstəkləmək üçün yeni parlament qrupu yaradacağına işarə edib.

İtaliya mətbuatının məlumatına görə, 60-dan çox deputat “5 Ulduz Hərəkatı” partiyasını tərk edib. Onlar yeni Di Mayo qrupuna qoşulublar. Partiya 2018-ci ildən seçkilərdə 33 % səs qazandıqdan sonra parlamentdə ən böyük siyasi qüvvə olub. Lakin o vaxtdan siyasi qüvvəyə dəstək azalıb. Son ictimai rəy sorğuları seçicilərin cəmi 13 % dəstəyini göstərib.

Xarici işlər naziri Luici Di Mayo daha əvvəl “5 Ulduz Hərəkatı”nın lideri və keçmiş baş nazir Cüzeppe Konteni hökumətin Ukraynaya dəstək səylərinə zərbə vurmaqda və Romanın Avropa İttifaqında mövqeyini zəiflətməkdə ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki