image-9e466422-ee51-3100-8ab9-17865714eaa0_850backend

Kalın: “Rusiya və Ukrayna Ərdoğanın vasitəçiliyi ilə 200 əsiri dəyişdirib”

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) gərgin diplomatik işi nəticəsində baş verən bu mübadilə ölkəmizin həyata keçirdiyi sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.

Türkiyə həmişə sülhün tərəfdarıdır”, – Ərdoğanın sözçüsü əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki