Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı bir daha kəskin şəkildə pisləmiş və qeyd etmişdir ki, dünya heç zaman bu faciəni unutmamalıdır. Azərbaycan Prezidenti vurğulamışdır ki, dünya birliyi gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir.”
K.Qafarov Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmasının ölkəmiz üçün önəmli hadisə olduğunu qeyd edərək deyib: “Məlumdur ki, Azərbaycan da uzun müddət ərzində Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində Azərbaycan həmişə ərəb ölkələrinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edib. Dövlət başçımızın Sammitdəki çıxışında qeyd olunduğu kimi, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında birliyi nümayiş etdirir. Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri vardır və bu gün həmin münasibətləri daha da dərinləşdirmək, inkişaf etdirmək üçün geniş imkanlar yaranıb.”