image-kambackend

Kamaləddin Qafarov: “Prezidentimizin “El Pais” qəzetinə verdiyi müsahibə böyük siyasi əhəmiyyətə malikdir”

image-reklam_sirab_01

“Bu gün bütün dünya, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın yaratdığı yeni regional reallıqları qəbul edir və Cənubi Qafqazda öz təşəbbüslərini məhz bu reallıqlar əsasında formalaşdırmağa meyllənirlər. Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu da bütün Avropa ictimaiyyəti üçün kifayət qədər böyük maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin mövzusu da əsasən məhz marağın doğurduğu suallar ətrafında formalaşmışdır. Qeyd etmək lazımdır ki, bu müsahibə post-müharibə dövründə regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri və digər bu kimi vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində ən xırda detallara qədər konkret və dolğun cavablar verməsi istər Vətən müharibəsinin gedişində, istərsə də post-müharibə dövründə bütün məqamlara xüsusi diqqət ayırdığından və bu məsələlərdə qətiyyən heç bir boşluğa yol verilmədiyindən xəbər verir: “İlk növbədə, Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanla sərhəddə mövcud vəziyyət, eləcə də qarşı tərəfin hərbi əməliyyatlar başa çatdıqdan sonrakı təxribatları barədə məlumat verərək, ölkəmizin yalnız sülh və sabitlik istədiyini aydın və qəti şəkildə vurğulamış oldu. Müharibədən keçən 1 il ərzində vəziyyətin nisbətən sabit olduğunu qeyd edən dövlət başçımız stabilliyin məhz Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə daha dayanıqlı olduğunu da vurğuladı. Həqiqətən də Ermənistan-Azərbaycan sərhədində olan vəziyyət daha çox gərginliyi ilə diqqəti cəlb edir ki, bu da bütün hallarda yalnız Ermənistanın qisas almaq cəhdləri ilə izah oluna bilər.

Kamaləddin Qafarov: “Prezidentimizin “El Pais” qəzetinə verdiyi müsahibə böyük siyasi əhəmiyyətə malikdir”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki