image-thumbbackend

Kamaləddin Qafarov: “Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəklidə artması danılmaz faktdır”

image-reklam_sirab_01

“Ölkə Prezidenti İlham Əliyevin may ayının 10-da Naxçıvan Muxtar Respublikasına baş tutmuş səfəri həm siyasi, həm də iqtisadi baxımdan böyük tarixi əhəmiyyət kəsb edir. Bu səfər Ermənistanı çıxılmaz yola sala biləcək addımlar atmağa təhrik edən məlum dairələrə, eləcə də bu ölkənin daxilində xalqı revanşist əhval-ruhiyyəyə sürükləməyə çalışan qüvvələrə bir daha açıq-aydın xəbərdarlıq mesajlarının verilməsilə diqqəti cəlb etdi”.

Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və bu zəmində hərbi potensialının artması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından da böyük önəm daşıyan amildir: “Heç şübhəsiz, Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə abadlaşan bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə müşahidə edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət başçımız həmin açılışlarda şəxsən iştirak edib. O cümlədən, Ordubad şəhərində içməli su və kanalizasiya xətti istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Naxçıvanda çox böyük enerji potensialı yaradılıb, elektrik enerjisi ilə təchizat 100 faizdir. Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb. Həm də bu yollar çox keyfiyyətlə tikilir.

Naxçıvanın sənaye potensialı da sürətlə inkişaf edir.Təbii ki, iqtisadi inkişaf Muxtar Respublikanın hərbi potensialının gücləndirilməsinə səbəb olur. Mayın 10-da dövlətimizin başçısı Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı mərasimlərində iştirak edib ki, bunun da Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında böyük önəmi vardır. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və yeni hissələr yaradılıb.

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Hospital Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayı sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki