image-kamalbackend

Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”

image-reklam_sirab_01

Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün əlverişli zəmin yaratdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar müvafiq qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər idi və ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, Müzəffər Ordu, milli həmrəyliyimiz bizi Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.”

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız 30 il davam edən beynəlxalq riyakarlıq qarşılığında bu addımı atmaq məcburiyyətində qalıb: “BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bildi. Sonda Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu.”

K.Qafarov belə bir məqamı da vurğulayıb ki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin simvolu olmaqla xalqımızın qan yaddaşına əbədi həkk olunub: “ Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də o idi ki, bu möhtəşəm tədbir Azərbaycan-Türkiyə ittifaqının getdukcə daha da gücləndiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycanın tarixi Qələbəsinin şərəfinə keçirilən bu Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki