image-kamranbackend

Kamran Əliyev Artur Davtyanla görüşəcək-İqor Krasnovun iştirakı ilə

image-reklam_sirab_01

Rusiyanın baş prokuroru İqor Krasnov Belarusun paytaxtı Minskə gəlib. O, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclasında, eləcə də prokurorluğun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində prokuror Krasnov  Azərbaycan və Ermənistanın baş prokurorları  Kamran Əliyev və Artur Davtyanla həm ikitərəfli, həm də üçtərəfli formatda görüşəcək. Görüşlərdə əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki