Baş prokuror Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Vətəninfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkələr arasında qədim əlaqələrin mövcudluğu və bu əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror Kamran Əliyev, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan və Yəmən arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev, Yəmənin Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Yəmənin Baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək, eyni dinə mənsub iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.