image-3b78c8c5-0b64-3267-b523-2b4fa57d21bf_850backend

Kanada İsveç və Finlandiyanın NATO-ya üzvlük protokollarını ratifikasiya edib

image-reklam_sirab_01

“Kanada İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya edən ilk NATO üzvü olub”.

Bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

“Bu gün Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı protokolları ratifikasiya edən ilk ölkə oldu. Bu, hər iki ölkəni tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, – o bildirib.

Onun sözlərinə görə, Ottava Skandinaviya ölkələrinin alyansa qoşulmasını qətiyyətlə dəstəkləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki