image-852c48fd-f820-34b9-a699-439109faaecb_850backend

Kanadada 10 nəfəri öldürməkdə təqsirləndirilən şəxsin meyiti tapılıb

image-reklam_sirab_01

Kanadanın hüquq-mühafizə orqanları Saskaçevan əyalətində 10 nəfəri bıçaqlayaraq öldürən iki şübhəli cinayətkardan birinin meyitini tapıblar.

Bu barədə CTV telekanalı Milli Polis komissarının köməkçisi Ronda Blekmora istinadən məlumat yayıb.

Məlumata görə, 31 yaşlı Damien Sandersonun meyiti Kanadanın yerli icmasının məskunlaşdığı yerdə tapılıb. Mərhum bu ərazidə yaşayan Kanada hindularının qəbilələrindən birinin nümayəndəsi olub. Blekmor qeyd edib ki, onun bədənində xəsarətlər var, ehtimal ki, cinayətkar özü özünə xəsarət yetirməyib.

İkinci müttəhim – ölən cinayətkarın 30 yaşlı qardaşı Mayls Sandersonun axtarışı hələ də davam edir. Onun cinayət keçmişi məlum olub. Polis həmin şəxsin yaralı olduğunu və tibbi yardıma müraciət edə biləcəyini güman edir, hüquq-mühafizə orqanları isə cinayətkarın çox təhlükəli olması barədə xəbərdarlıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki