image-e9ae6e07-e35d-3bdf-a8ed-38ff26197cd5_850backend

Kanadada iki cinayətkar bıçaqla 10 nəfəri öldürüb

image-reklam_sirab_01

Kanada polisi Saskaçevan əyalətində 10 nəfəri bıçaqlayan və ən azı 15 nəfəri yaralayan iki cinayətkarı axtarır.

bu barədə CBC telekanalı məlumat yayıb.

Hadisə Ceyms-Smit-Kri-Nation qəsəbəsində, eləcə də Ueldon şəhərində baş verib.

Polis Demiyen Sanderson və Mayls Sandersonu axtarır. Axtarış zonasına Saskaçevan əyaləti, eləcə də qonşu Alberta və Manitoba əyalətləri daxildir.

Qeyd olunub ki, cinayətkarlar təsadüfi insanları bıçaqlayıb öldürüb.

Artıq Kanadanın Baş naziri Castin Trüdo bıçaqlı hücumlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və hökumətin vəziyyəti izlədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki