image-soyqobackend

Karapetyan Şoyqodan da eyni cavabı aldı 

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki. Ermənistanın müdafiə naziri  Arşak Karapetyan Rusiyaya etdiyi rəsmi səfər çərçivəsində RF-nın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüşdə Şoyqo bildirib ki, Rusiyanın 102 -ci yaxşı təchiz olunmuş hərbi bazası Ermənistanda yerləşir və bu baza Ermənistasnın təhlükəsizliyinin qarantıdır.Rusiya Federasiyasının müdafiə nazirinin sözlərinə görə, rəsmi Moskva bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıdır. Öz növbəsində, Karapetyan ilk xarici səfərini müdafiə naziri rütbəsində Ermənistanın strateji müttəfiqi olan Rusiyaya etdiyini qeyd eidş. Qeyd edək ki, İrəvanın KTMT-nın baş katibinin Ermənistana səfəri zamanı ermənilərə üstüörtülü bəzi xəbərdarlıqlar fonunda yeni müdafiə nazirinin Moskvaya tələm-tələsik yollanması diqqətləri çəkib.Ekspertlər və siyasi təhlilçilər hesab edirlər ki, Karapetyan Şoyqo ilə görüşdən elə də məmmun geri dönmür.
Millət vəkili Məşhur Məmmədov Şoyqo-Karapetyan görüşünü şərh edən zaman bildirb ki, Ermənistan 44 günlük müharibədən sonra üçtərəfli imzalanan sazişin bəndlərinə qeyrişərtsiz əməl etməmək üçün bütün yollara əl atır: “Karapetyanın Moskvaya səfəri həm rəsmi Kremlindən müəyyən hərbi yardımlar əldə etməyə,eyni zamnda da Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı həyata keçirdiyi israrlı təyziqləri ilə əlaqədardı. Ermənistanın siyasi rəhbərliyi 10 noyabr sazişinə əməl etməyə bilməz və Rusiya prezidenti Vladimir Putinin də davamlı olaraq səsləndirdiyi kimi,razılaşmlardan boyun qaçıran tərəf,onun nəticələri ilə də barışmalıdır”. Millət vəkilinin sözlərinıə görə Şoyqo ilə görüşdə də bu mövqe erməni nazirə xatırladılıb və üçtərəfli sazişin tam həyata keçirilməsi üçün Ermənistanın öhtəliklərə əməl etməsinin vacibliyi Karapetyanın diqqətinə çatdırılıb. Fərid

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki