image-karen-donfridbackend

Karen Donfrid: “Rusiya Ermənistanla Azərbaycan arasında “əsas vasitəçi” deyil”

image-reklam_sirab_01

ABŞ administrasiyası Rusiyanın Cənubi Qafqazda təsir və maraqlarının olduğunu etiraf edir, lakin hazırda Moskvanı Azərbaycan və Ermənistan arasında nizamlanma prosesində “əsas vasitəçi” hesab etmir.

Bu mövqeyi çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

“Mən düşünmürəm ki, Rusiya bu gün Ermənistan və Azərbaycan arasında əsas arbitrdir. Biz bir çox tərəflərin iştirakını görürük”, – o, qanunvericilərdən birinin sualını cavablandırarkən deyib.

“Düşünürəm ki, siz ötən ilki və daha əvvəlki hadisələrə nəzər salsanız, ABŞ-ın bu prosesdə daha çox iştirak etdiyini görə bilərsiniz”, – Donfrid əlavə edib.

Onun sözlərinə görə, ABŞ və Rusiyadan başqa, Avropa İttifaqı və Gürcüstan da vasitəçilik prosesinə öz töhfəsini verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki