Müğənni Günel Ələkbərova xeyli çəki aldığı üçün efirə çıxmaqdan imtina edib.
Veteninfo.az xəbər verir ki, sənətçi çəkisinin 72 kiloqrama qalxdığını açıqlayıb. O bildirib ki, koronovirus infeksiyasına yoluxduqdan sonra sürətlə çəki almağa başlayıb:
“Çox kilo almışam, arıqlayacam sonra efirə çıxacam. Efir üçün bu formada olmaz. 58 kiloqram idim, 72 kiloqrama qalxdım. İndi hiss edirəm ki, azalır. Koronavirusa yoluxanda çoxlu vitaminlər yazdılar, o da iştah açır”.
Günel plastik əməliyyat etdirən məşhurları da tənqid edib:
“Arıq qızlardan xoşum gəlmir. Bir ara plastik əməliyyat etdirmək istədim. Amma qorxdum. İstəmirəm bədənimdə hansısa izlər qalsın. Bir də əməliyyatla arıqlayanların hamısı yenidən kökəlir.
O, gördüyünüz plastik əməliyyat etdirənlərin hamısının üstü bəzəkdir. Hamısı gedib əməliyyat edir, belləri nazik. Hamısı elə bil Braziliyadan gəliblər. Karikaturaya oxşayırlar.
Bunlara görə çalışıram təbii yolla arıqlayım”.
Axşam.az