image-8122cf70-ded4-3fe8-9ff9-6f3423240421_850backend

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

image-reklam_sirab_01

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un sonuncu mərhələsi olan “Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.

37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.

Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki