image-inbound5165619402454300804backend

“Kərim uşaqları üçün Ali Məhkəməyə müraciət etdi”

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı apellyasiya məhkəməsi yanvarda başa çatıb. Qərara əsasən 3 uşaq anaya verilib.
Veteninfo.az
xəbər verir ki, 2 aydan sonra qərarın qüvvəyə minməsi gözlənilib və həmin ərəfədə uşaqlar atada qalıb. Verilən vaxt bitdikdən sonra Kərim Ali Məhkəməyə müraciət edib.

“Vəkilim mənə dedi ki, ötən həftədən Ali Məhkəməyə veriblər. Axır ki, Ali Məhkəməyə verdilər. Balalarımı geri vermirlər. 2-3 ay da belə ayrı qalacam. Ədalətsizlikdir… Balanı anadan ayıran böyük günah edir. Səbrlə gözləyirəm, bunun bir sonu yəqin olacaq. Heç kim məni başa düşmür, sakit, mehribanlıqla balalarımı istəyirəm” deyə, Canana bildirib.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image