image-photo-2021-11-03-14-07-37-1backend

Keyfiyyət etibarilə yeni inkişaf dövrü.

image-reklam_sirab_01

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbəsi ilə mənfur düşməni birdəfəlik Qarabağ torpağından sildi. Azərbaycanın müzəffər ordusu, müqəddəs torpaqları düşmənin  əlindən alaraq öz sahiblərinə qaytardı. Qarabağda başlamış uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Azərbaycan üstün qələbəsindən sonra burada yeni bir səhifə yazılmağa başladı və Azərbaycanın qarşısında yeni bir missiya dayanır, qurculuq missiyası. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Qarabağ torpağı abadlaşacaq və gözəlləşəcəkdir.

Qarabağda həyata keçirilən bərpa işlərinin və islahatların ən müasir dünya təcrübəsi və yeni texnologiyalar üzərində qurulduğunu aydın görmək üçün onlara ötəri nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev Güləbird kəndində çıxış edərkən də elə həmin məsələlərə toxunmuşdur: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Qarabağda ümumi uzunluğu 700 kilometrdən çox olan 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir. Qarabağ ərazisində tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcəkdir. Ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələri, 2023-cü ilədək Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteq­rasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasını təmin edəcəkdir.

İşğal edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Əlavə olaraq, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulmuşdur. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri dünyanın bir çox ölkələrində və şəhərlərində geniş yayılmışdır. Bura Sinqapur, London, Nyu-York və Amsterdam kimi şəhərlərdə icra olunmuş bu layihələri misal gətirmək olar. Bu o deməkdir ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri gələcəkdə Qarabağın gözəl guşələrinin dünyada daha da tanıdılmasına kömək edəcək.

 

Qərbi Kaspi Universitetinin doktorantı- Ağayev Tahir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki