image-5696faf1-a4bb-3e42-a0ab-a66a84a07a98_850backend

Kim Çen In Şimali Koreyada koronavirusa qalib gəldiyini elan edib

image-reklam_sirab_01

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkədə koronavirusa qalib gəldiyini elan edib.

Bu barədə “Renhap” agentliyi xəbər verib.

“O, ölkəyə daxil olan yeni koronavirusu məhv etmək üçün fövqəladə anti-epidemiya kampaniyasında qələbəsini təntənəli şəkildə elan etdi”, – agentlik Şimali Koreya mediasına istinadən yazır.

KXDR mayın 12-də ölkədə xarici mütəxəssislərin koronavirus olduğuna inandığı ilk qızdırma hadisəsi barədə məlumat verib. Bundan əvvəl, Pxenyan bütün pandemiya dövründə virusa heç bir yoluxma halının qeydə alınmadığını bildirib. Üç gün sonra aşkarlanan qızdırma hallarının sayı 392 920 nəfərə çatıb. KXDR-in məlumatına görə, o vaxtdan bu günədək yoluxmaların sayında azalma tendensiyası müşahidə olunur.

Avqustun əvvəlində agentlik bildirib ki, KXDR-də dördüncü gündür, hakimiyyət orqanlarının qızdırma adlandırdığı yeni hallar qeydə almayıb.

Ümumilikdə, Pxenyanın qızdırma adlandırdığı xəstəlik ölkədə 4,77 milyondan çox insanda aşkarlanıb.

Agentlik öz növbəsində, Şimali Koreya mediasının “yüksək hərarəti olan xəstələr” kimi ifadədən istifadə edəcəyini vurğulayıb, çünki KXDR-də koronavirusu aşkar etmək üçün kifayət qədər avadanlıq yoxdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki