image-neft_dollarbackend

KİV: “ABŞ OPEC-i neft hasilatını azaltmamağa çağırır”

image-reklam_sirab_01

ABŞ OPEC+ ölkələrini neft hasilatını azaltmamağa çağırır və belə bir addımın onların nöqteyi-nəzərindən hazırkı iqtisadi vəziyyətin tələblərinə cavab verməməsi ilə izah edir.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Vaşinqton bu mövqedən Prezident Cozef Baydenin ölkədə benzinin qiymətinin aşağı düşməsinə nail olmaq istəyi fonunda çıxış edir.

Agentliyin məlumatına görə, Ağ ev bu məlumatları rəsmən təsdiqləməkdən imtina edib. Ağ ev Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Eydrienn UotsonOPEC-in atmadığı heç bir addımı şərh etməyəcəyini qeyd edib:

“Əlbəttə, biz həmişə bütün istehsalçılar və istehlakçılarla, o cümlədən OPEC+ tərəfdaşları ilə danışırıq. Biz aydın bildirirdik ki, iqtisadi artımı dəstəkləmək və dünyanın hər yerində istehlakçılar üçün qiymətləri aşağı salmaq üçün enerji təchizatı tələbata uyğun olmalıdır. Bu barədə tərəfdaşlarımızla danışmağa davam edəcəyik”.

OPEC+ sazişində iştirak edən ölkələrin nazirləri neft hasilatı üzrə gələcək planı müəyyən etmək üçün oktyabrın 5-də növbəti iclas keçirəcəklər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki