image-25aa93d2-1750-3a07-b2ea-145eedcaec21_850backend

KİV: ABŞ Rusiyaya qarşı sanksiyalara riayət olunmasına nəzarəti gücləndirir

image-reklam_sirab_01

ABŞ boşluqları bağlayaraq və digər ölkələri məhdudiyyətləri dəstəkləməyə inandırmaqla, Ukraynaya təcavüzü ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effektivliyini təmin etməyə çalışır.

Bu barədə “The Wall Street Journal” yazıb.

Bayden administrasiyasının rəsmiləri deyirlər ki, bu ikinci mərhələnin məqsədi Kremlə gəlir əldə etməyə və müharibəni davam etdirmək üçün lazım olan malları idxal etməyə imkan verən boşluqları aradan qaldırmaqdır.

Bu, Rusiyanın beynəlxalq maliyyəyə çıxışına kömək edən xarici bankları və kriptovalyuta platformalarını hədəf almaq, qara siyahıya düşən rus oliqarxlarının bank hesablarını və korporativ aktivlərini bloklamaq, Rusiyaya ikili təyinatlı mallar ixrac edən xarici şirkətləri cəzalandırmaq deməkdir.

Həmçinin ABŞ sanksiyalara qoşulmayan Çin və Hindistan kimi ölkələri maliyyə əməliyyatlarını və Rusiyaya mal ixracını azaltmağa inandırmağa çalışacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki