image-2c0c9a25-6230-35e0-9d54-dd58e3deed6e_850backend

KİV: Aİ enerji böhranı fonunda Azərbaycanla fəal dialoq aparır

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) enerji böhranı fonunda Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı fəal dialoq aparır

Veteninfo xəbər verir ki, bu barədə Türkiyənin tanınmış “Star” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən təbii qaz qıtlığı yaşayan Avropa çarəni qardaş ölkə Azərbaycanda tapıb. 2022-ci ilin sonuna kimi təbii qaz tədarükü üzrə rekord hədəf qoyan Azərbaycanın qaz təchizatının həcmini 11 milyard kubmetrə çatdıracağı gözlənilir.

Bildirilir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İttifaqın Norveç, Əlcəzair və Azərbaycandan daha çox təbii qaz almaqda irəliləyişə nail olub.

“Azərbaycan 2022-ci ilin sonuna qədər TAP və TANAP vasitəsilə Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır, 2023-cü ildə isə qaz tədarükünün həcminin 11 milyard kubmetrə çatacağı gözlənilir.

İyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında enerji sektorunda strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Aİ və Azərbaycan enerji böhranı fonunda qaz tədarükünün artırılması ilə bağlı fəal dialoq aparır. Aİ-Azərbaycan enerji əməkdaşlığı yeni səviyyəyə yüksəlib və Cənub Qaz Dəhlizi çərçivəsində davam edir. Aİ öz enerji təchizatının şaxələndirilməsinə böyük əhəmiyyət verir və bu baxımdan Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir”, – “Star” vurğulayıb.

Nəşr xatırladıb ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinin 2020-ci il dekabrın 31-də başa çatması ilə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb: “SGC (Cənub Qaz Dəhlizi -red) Xəzər və Yaxın Şərq regionlarından Avropaya təbii qaz nəqli marşrutu üzrə Avropa Komissiyasının təşəbbüsüdür. Azərbaycandan Avropaya marşrut Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarətdir.

Ötən il TAP Avropaya 8,1 milyard kubmetr qaz nəql edib. Azərbaycan 2022-ci ilin sonuna kimi Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır, 2023-cü ildə isə qaz tədarükünün həcminin 11 milyard kubmetrə çatacağı gözlənilir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki