image-d48d1265-3832-3367-a12a-6cdbd98b3d06_850backend

KİV: İran Rusiyaya “Shahed 129” döyüş PUA-ları satıb

image-reklam_sirab_01

Rusiya teleqram kanalları bildirirlər ki, İran artıq Rusiyanı “Shahed 129” zərbə və kəşfiyyat PUA-ları ilə təmin edib.

Bu barədə “Censor.NET”ə istinadən xəbər verilir.

İran pilotsuz təyyarələrinin bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Gələcəkdə hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır.

Yüklərin əsasını “Shahed 129” döyüş dronlarının təşkil etdiyi məlumdur. Onun hazırlanması zamanı İsrailin “Hermes 450” pilotsuz təyyarəsi və Amerikanın “MQ-1 Predatoru” əsas götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki