Şimali Koreya Yaponiya dənizinə naməlum ballistik raket atıb.
Bu barədə şənbə günü Cənubi Koreyanın “Yonhap” agentliyi hərbçilərə istinadən məlumat yayıb.
Məlumata görə, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 22-ci raket sınağıdır. Əvvəlki hadisə sentyabrın 29-da baş verib. Cənubi Koreya hərbçilərinin məlumatına görə, həmin vaxt KXDR-in iki ballistik raketi təxminən 350 km uçub, onların uçuşunun maksimal hündürlüyü təxminən 50 km olub.