image-kolumbiya-1backend

Kolumbiyalı hərbçilərə 44 günlük müharibənin yekunları və Azərbaycan minalanma problemi haqda məlumat verilib

image-reklam_sirab_01

Kolumbiya Minatəmizləmə Mühəndisləri Briqadasının qulluqçularına erməni işğalının tarixi, Vətən müharibəsinin yekunları, ölkəmizin üzləşdiyi kütləvi minalanma problemi və azad olunmuş ərazilərimizdə aparılan işlər haqda mühazirə oxunub.

 

Tədbirdə ilk olaraq, Azərbaycanın tarixi inkişaf yolu, mədəniyyəti, iqtisadiyyatı, xarici siyasəti və Kolumbiya ilə ikitərəfli münasibətləri haqda məlumat verilib.

 

Sonra erməni təcavüzünün tarixi, Ermənistan tərəfinin müharibəyə gətirib çıxaran hərbi təxribatları, Vətən müharibəsinin yekunları, təcavüzkar dövlətin 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərimizdə apardığı kütləvi minalama və törətdiyi dağıntılar haqda danışılıb, bu xüsusda azad edilmiş ərazilərimizdə səfərdə olmuş tanınmış kolumbiyalı jurnalist R.Trobaxonun bölgədən hazırladığı video-reprotajlar nümayiş etdirilib.

 

Azərbaycanın hazırda öz səylərini bu ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması və məcburi köçkünlərimizin qısa zamanda evlərinə qayıtmasına yönəltdiyi söylənilib və bu sahədə ölkəmiz tərəfindən görülən işlər haqda məlumat verilib.

 

Brigadanın komandiri Xose Antonio Perez Qomez Kolumbiyanın da uzun illər ərzində ərazilərinin kütləvi minalanması problemi ilə üzləşdiyini bildirib və bu xüsusda, ölkəsinin Azərbaycanla həmrəy olduğunu qeyd edib.

 

Sonda bölgədə davamlı sülhün təmin edilməsi üçün Ermənistanın öz qisasçı meyllərini kənara qoymalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və xalqını barışığa hazırlamalı olduğu vurğulanıb.

image-kolumbiya-2 image-kolumbiya-3 image-kolumbiya-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki