image-img-20220521-wa0000backend

Könül Nurullayeva: “ABŞ Azərbaycanı təhlükəsizlik məsələlərində sabitləşdirici faktor hesab edir”

image-reklam_sirab_01

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücü hesab olunan ABŞ tərəfindən də qəbul olunur və mühüm imkan kimi dəyərləndirilir. ABŞ prezidenti Cozef Baydenin 28 may Müstəqillik günü münasibətilə Prezident Ilham Əliyevə ünvanladığı təbrik məktubunda bu məqam xüsusi qeyd olunub. Belə ki, “indi Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasında kömək etməyə hazırdır”,- deyə Cozef Bayden məktubunda bildirib. Bu yanaşma əslində  fövqəlgüc olan ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsi, dəstəkləməsi kimi qiymətləndirilməlidir. Ağ ev faktiki Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini ən ali səviyyədə bəyan etmiş olur. Eyni zamanda Vaşinqton rəsmi Bakının iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir.

Bayden məktubunda eyni zamanda ölkəsilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ilini qeyd edib və bu  30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi, beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini bir daha vurğulayıb.  Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması fonunda ABŞ Azərbaycanı sabitləşdirici faktor hesab edir. Vaşinqton rəsmi Bakının terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri də təqdir edir. ABŞ Prezidentinin məktubunda bu məsələ xüsusi qeyd olunur.

Bütün bunlarla yanaşı məktubda hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Supergüc qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu da ifadə edib. Bu, bir daha ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verdiyini təsdiqləyir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki